Tramp yeni tariflər tətbiq edəcək

ABŞ Prezidenti Donald Trampın yeni qarşılıqlı tarifləri əsaslandırmaq üçün 1930-cu il Ticarət Aktının 338-ci maddəsinə istinad edəcəyi gözlənilir.
Crossmedia.az Reuters-ə istinadən xəbər verir ki,bu qanun ABŞ ticarətinə qarşı ayrı-seçkilik edən ölkələrə 50%-ə qədər əlavə rüsum tətbiq etməyə imkan verir.
Qeyd edək ki,Trampın bu addımının digər ölkələrin yüksək idxal vergilərinə cavab olaraq atılacağı bildirilir. O, xüsusilə Avropa İttifaqının 10%-lik avtomobil tarifini tənqid edərək, bunun ABŞ-nin 2,5%-lik rüsumundan xeyli yüksək olduğunu vurğulayıb.
Yeni tariflərin dərhal qüvvəyə minəcəyi gözlənilir.
Məhəmməd Vəliyev
14:42 12.02.2025
Oxunuş sayı: 3322