Ermənistan Aİ-yə qoşulma prosesinə başlayır

Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) qoşulma prosesinə başlanması haqqında qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət qanun layihəsini 2025-ci ilin yanvarında təsdiqləyib. Ermənistanın baş naziri Nikol Paşinyan bu addımın ölkənin avtomatik olaraq Aİ-yə üzv olması anlamına gəlmədiyini, yekun qərarın referendum yolu ilə veriləcəyini bildirib.
Paşinyan vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) özünü rahat hiss edir, İranla münasibətləri dərinləşdirməkdə maraqlıdır, lakin cəmiyyətin müəyyən bir hissəsi Avropa seçimi istəyir.
Qeyd edək ki, Ermənistanın bu addımı Rusiyanın narazılığına səbəb olub. Kremlin açıqlamasına görə, bir ölkənin eyni anda həm Aİİ, həm də Aİ üzvü olması mümkün deyil.
Məlumata görə, Rusiya baş nazirinin müavini Aleksey Overçuk məsələni şərh edərkən bu addımın Ermənistanın Aİİ-dən çıxış prosesi kimi qiymətləndirildiyini bildirib və Ermənistanın bu qərarını "Titanik" bileti almağa bənzədib.
Fatimə Məmmədova
14:27 12.02.2025
Oxunuş sayı: 3158