İsveçrə Ukraynaya 1,65 milyard dollar ayıracaq

İsveçrə hökuməti 2028-ci ilə qədər Ukraynanın bərpası üçün 1,65 milyard dollar ayıracaq.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məlumata görə, maliyyə yardımı Ukraynada yenidənqurma, islahatlar və dayanıqlı inkişafı dəstəkləmək məqsədilə 12 illik proqram çərçivəsində ayrılacaq.
Proqramın icrasına İsveçrənin Ukrayna üzrə federal nümayəndəsi, səfir Jak Gerber cavabdeh olacaq.
Qeyd edək ki, fevralın 12-də İsveçrə hökuməti Ukrayna üzrə ölkə proqramının əsas prioritetlərini müəyyənləşdirib. Sənədə görə, proqram mülki əhalinin müdafiəsi, sülhün bərqərar olması, iqtisadiyyatın bərpası və dövlət institutlarının gücləndirilməsini əhatə edəcək.
Xumar Əhmədova
14:16 12.02.2025
Oxunuş sayı: 2966