Qriqor Akopyan İran XİN rəhbərinin müavini ilə görüşüb

Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançi ilə bir araya gəlib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Miran Press” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan və İranın siyasi, iqtisadi, infrastruktur, enerji və s. sahələrdə ikitərəfli gündəliyinə dair məsələlər, eyni zamanda bölgədə baş verən proseslər müzakirə edilib.
13:02 12.02.2025
Oxunuş sayı: 2823