Avropa dövlətləri Amerikadan silahı pulla alacaq - Reuters

Tramp administrasiyası Ukraynaya silah dəstəyini Avropaya silah ixracı vasitəsilə davam etdirməyi nəzərdən keçirir. Trampın Ukrayna üzrə xüsusi elçisi Keyt Kelloq bu həftə sözügedən məsələni Münhen Təhlükəsizlik Konfransında Avropa ölkələri ilə müzakirə edəcək.
Crossmedia.az bu barədə Reuters-ə istinadən xəbər verir.
Bildirilir ki, Avropa dövlətləri Amerikadan silahı pulla alacaq və alınan silah Amerika büdcəsindən istifadə edilmədən Ukraynaya dəstək üçün istifadə ediləcək.
12:57 12.02.2025
Oxunuş sayı: 3041