Türkmənistan nümayəndə heyəti Tehrana səfər edib

Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov nümayəndə heyəti ilə birlikdə Tehrana səfər edib.
Crossmedia.az “Eco Iran” saytına istinadən xəbər verir ki, səfər İranın XİN rəhbəri Abbas Əraqçının rəsmi dəvəti əsasında və iki ölkənin xarici işlər nazirinin dövri siyasi danışıqları əsasında həyata keçirilir.
Məlumata görə, səfər çərçivəsində Türkmənistan XİN rəhbəri İranın yol və şəhərsalma nazirinin müavini Huşəng Bazvənd və energetika naziri Abbas Əliabadi ilə görüşüb.
Qeyd olunub ki, tərəflər avtomobil yollarının tikintisi sahəsində əməkdaşlığı, o cümlədən neft, qaz və enerji sektorlarında ikitərəfli tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
12:40 12.02.2025
Oxunuş sayı: 3485