İçərisindən siqaret kötüyü çıxan çörəyin istehsal olunduğu sexdə yoxlama aparılıb


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində yoxlama aparıb.
Crossmedia.az xəbər verir ki, keçirilən yoxlama zamanı müəssisədə bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub.
Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, mediada adıçəkilən müəssisəsinin istehsal etdiyi çörəyin içərisindən siqaret kötüyü çıxdığı iddia edilən videolar yayılmışdı.
12:26 12.02.2025
Oxunuş sayı: 3669