ABŞ institutu: HƏMAS atəşkəsi pozmağa hazırlaşır

Fələstinin HƏMAS hərəkatı fevralın 10-da bəyan edib ki, fevralın 15-də israilli girovları azad etməyi təxirə salacaq. Bu, atəşkəs razılaşmasının pozulması6 demək olardı.
Crossmedia.az ABŞ-nin Müharibə Araşdırmaları İnstitutuna istinadən xəbər verir ki, HƏMAS-ın girovları saxlamaqla danışıqlarda "rıçaq" əldə etməyə çalışdığı ehtimal edilir.
Bildirilib ki, HƏMAS-ın hərbi qanadının sözçüsü İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia edərək, Qəzzanın şimalına qayıdan fələstinlilərin hərəkətinin gecikdirildiyini, onlara atəş açıldığını və humanitar yardım axınının məhdudlaşdırıldığını bildirib: "Lakin bu iddialar aldadıcıdır. İsrail yanvar ayında HƏMAS-ın bir qadın mülki girovu azad etmədən qadın əsgərləri azad etməsi səbəbindən Qəzzanın şimalına hərəkəti gecikdirib. İsrail qüvvələri fələstinlilərə xəbərdarlıq atəşi açıb, lakin bu, peşəkar orduların eskalasiya prosedurlarının adi hissəsidir. İsrail yanvarın əvvəlində gündəlik 70 yük maşını yardım göndərdiyi halda, hazırda gündə orta hesabla 555 yardım yük maşını təmin edir. İsrail müdafiə naziri Yoav Qalant HƏMAS-ın atəşkəs pozuntularına cavab olaraq İsrail Müdafiə Qüvvələrinə (IDF) Qəzza zolağında "mümkün hər ssenariyə" hazır olmalarını tapşırıb".
Qeyd olunub ki, HƏMAS girovları saxlamaqla İsrail və ABŞ-ı danışıqların ikinci mərhələsinə təzyiq göstərməyə çalışır: " İsrail Baş naziri Benyamin Netanyahu İsrailin hərbi əməliyyatları bərpa etməyə hazır olduğunu və Qəzzada HƏMAS-ın hakimiyyəti tamamilə bitənədək müharibəni davam etdirəcəyini bəyan edib. HƏMAS girovları saxlamaqlai İsrail hökumətinə daxili təzyiqləri artırmağı və daimi atəşkəsə nail olmağı hədəfləyir.
Bu strategiya HƏMAS-ın təşkilat olaraq sağ qalmasını təmin etməyə xidmət edir və fələstinliləri müdafiə etməyə yönəlməyib. Əgər HƏMAS Fələstin xalqının müdafiəçisi və ya hökuməti kimi davranırdısa, onda girovları müharibənin dayandırılması və humanitar yardımların artırılması qarşılığında azad edərdi. Lakin HƏMAS girovları öz mövcudiyyətini qorumaq üçüni rıçaq kimi istifadə edir. BMT-nin məlumatına görə, İsrail yanvarın 19-dan etibarən Qəzzaya 10 mindən çox yardım yük maşını buraxıb. Bu isə fevralın 6-dək gündəlik 555 yük maşınına bərabərdir. Atəşkəs razılaşması gündə 600 yük maşını tələb edir, bu da 19 yanvar - 6 fevral aralığında ümumilikdə 10 800 yük maşını olmalıdır. Lakin İsrailin indiki göstəricisi oktyabrın 7-dən əvvəlki dövrlə6 müqayisədə 55 yük maşını artıqdır və 2024-cü ilin noyabrında gündəlik yardım sayından 500 maşın çoxdur".
Nabat Fərzəliyeva
11:31 12.02.2025
Oxunuş sayı: 4188