İordaniya kralı Trampa qarşı çıxdı

İordaniya kralı II Abdullah ABŞ prezidenti Donald Trampla görüşdə Qəzzanı ələ keçirmək və fələstinliləri köçürmək planına qarşı çıxıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ərəb ölkələrinin bu məsələdə vahid mövqe sərgilədiyini bildirib.
Kral İordaniyanın fələstinlilərin köçürülməsini qəbul etmədiyini, lakin 2000 xəstə uşağı qəbul edəcəyini təsdiqləyib. Tramp bunu “gözəl jest” adlandırıb.
İordaniya fələstinlilərin zorla köçürülməsi şərti qoyularsa, ABŞ-nin illik 1,45 milyard dollarlıq yardımından imtina etməyə hazır olduğunu bəyan edib.Ölkə daha əvvəl bu ssenari baş verərsə, İsraillə müharibəyə hazır olduğunu bildirmişdi.
09:40 12.02.2025
Oxunuş sayı: 3323