Trampdan İlon Maska yeni səlahiyyətlər

ABŞ Prezidenti Donald Tramp, dövlət qurumlarında işçi ixtisarları və işə qəbul məhdudiyyətlərini nəzərdə tutan sərəncam imzalayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu proses İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamenti (DOGE) ilə koordinasiyalı aparılacaq.
Tramp, məhkəmə hakimlərinin hökumətin qənaət tədbirlərinə mane olmasını tənqid edərək, “Korrupsiyanı araşdırmağımıza qarşı çıxanlar var” deyib. Mask isə “Xalq hökumət islahatı üçün səs verdi və biz bunu edəcəyik” açıqlamasını verib.
Fidan Hacızadə
08:06 12.02.2025
Oxunuş sayı: 2517