Rusiya bu ölkənin hava məkanını pozdu

Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiyanın Su-24MR təyyarəsinin Polşanın hava məkanını pozduğunu açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təyyarə Kalininqrad şəhərindən havaya qalxıb və 14:09-da Qdansk körfəzinin şərq hissəsində Polşa ərazi suları üzərindəki hava məkanını pozub.
Polşa radar sistemi təyyarəni izləyib və Polşa naviqasiya zabiti müdaxilə edərək təyyarənin marşrutunu dəyişməsinə səbəb olub.
Rusiya, təyyarənin hava məkanını pozmasının naviqasiya sistemindəki nasazlıq nəticəsində baş verdiyini təsdiqləyib.
Təyyarə 1 dəqiqə 12 saniyəlik uçuşdan sonra Polşa səmasını tərk edib.
23:48 11.02.2025
Oxunuş sayı: 3455