Güllə atıcılığında tarixi nəticə – Leyli Əliyeva Avropada bürünc medal qazandı! Bürünc

Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Estoniyanın paytaxtı Tallində keçirilən Avropa Çempionatında bürünc medal qazanıb
Crossmedia.az xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma üzrə (U18) solo yarışda fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
İdmançımız bürünc medal uğrunda mübarizədə Bolqarıstan təmsilçisi Mariya Atanasovaya 12:11 hesabı ilə qalib gəlib.
23:56 11.02.2025
Oxunuş sayı: 3658