Netanyahu: "HƏMAS girovları azad etməsə hücuma başlayacayıq"

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, HƏMAS şənbə gününə qədər girovları azad etməsə, atəşkəs başa çatacaq və İsrail ordusu Qəzzaya hücumunu bərpa edəcək.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik kabineti ilə görüşdən sonra Netanyahu qərarın yekdilliklə qəbul edildiyini vurğulayıb: "HƏMAS şənbə gününə qədər girovları qaytarmasa, atəşkəs sona çatacaq və İsrail ordusu HƏMAS-ı qəti şəkildə məğlub edənə qədər döyüşləri davam etdirəcək."
Aybəniz Səfərova
21:40 11.02.2025
Oxunuş sayı: 3826