Şarlerua və Brüssel hava limanlarında uçuşlar ləğv edildi

Belçikada fevralın 13-də keçiriləcək mitinqlər səbəbindən Şarlerua və Brüssel hava limanlarında bütün uçuşlar ləğv edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanı rəhbərliyi təhlükəsiz əməliyyatları təmin edəcək kifayət qədər personalın olmadığını bildirib.
Qeyd edək ki, mitinq hökumətin sosial xərcləri azaltmaq siyasətinə qarşı həmkarlar ittifaqlarının etirazlarının bir hissəsidir və hər ayın 13-də davam edəcək.
19:39 11.02.2025
Oxunuş sayı: 3821