Erməni polkovnikdən etiraf: “Azərbaycanlıları kəndlərdən təmizləmək qərarı verildi”

“Məhz o zaman belə bir qərar verildi ki, kəndlər azərbaycanlılardan təmizlənsin”.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin hərbi əks-kəşfiyyat idarəsinin keçmiş rəisi, erməni polkovnik Paykar Qalumyan deyib.
“1980-ci illərdə azərbaycanlılar Yuxarı Əskipara və ona bitişik ərazilərdə məskunlaşıblar. Məhz o zaman belə bir qərar verildi ki, kəndlər azərbaycanlılardan təmizlənsin. Beləliklə, döyüş başladı”, - deyə o qeyd edib.
Qalumyan bildirib ki, 1992-ci ildə erməni silahlı birləşmələri Yuxarı Əskiparanı, daha sonra Barxudarlı-Sofulu sektorunu, daha sonra isə Kərkini azərbaycanlılardan boşalda biliblər.
“Siz o əraziləri Azərbaycana silah kimi verməklə, ən böyük xəyanəti edirsiniz”, - deyə o əlavə edib.
19:14 11.02.2025
Oxunuş sayı: 4867