2 il ərzində 6 görüş: ABŞ Ermənistanda hanısa maraqları güdür?

Bu günlərdə Ermənistanın Baş prokuroru Anna Vardapetyan ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvin ilə görüşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşr qeyd edib ki, bu, Vardapetyanın iki ildən bir qədər çox müddətdə ABŞ səfirləri ilə altıncı görüşüdür.
“Baş prokuror ABŞ-nin digər rəsmiləri ilə 3 dəfə görüşüb. Bu hal özlüyündə diqqətəlayiqdir və bir sıra suallar doğurur. Məsələn, davamlı olaraq suverenlikdən, müstəqillikdən danışan, o cümlədən 44 günlük müharibədəki məğlubiyyətə “suveren dövlətə sahib olmaq” fürsəti kimi baxan hakimiyyət müstəqil institut rəhbərinin bu qədər qısa müddət ərzində artıq 6 dəfə ABŞ səfirləri ilə görüşməsini necə izah edir? Yeri gəlmişkən, əlavə olaraq qeyd edək ki, biz əslində yalnız rəsmi görüşlərə toxunmuşuq. Məsələ burasındadır ki, keçirilən 9 görüşə, məsələn, Baş prokuror və ABŞ səfirinin də iştirak etdiyi birgə tədbirlər daxil deyil”, - deyə nəşr bildirib.
18:48 11.02.2025
Oxunuş sayı: 3815