İlon Maskın 97,4 milyard dollar təklifi rədd edildi

lon Mask qurucusu olduğu OpenAI-ni almaq üçün 97,4 milyard dollarlıq təklif edib. Lakin şirkətin CEO-su Sam Altman bu təklifi rədd edərək Mask-ı sosial media platforması X-də tənqid edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
S.Altman "Xeyr, təşəkkür edirik, amma istəyirsinizsə, Twitter-i
9,74 milyard dollara ala bilərsiniz" paylaşımını edib. Belə ki, Mask Altman-ı "dolandırıcı" adlandırıb.
Qeyd edək ki, OpenAI ilə İlon Mask arasındakı gərginlik uzun müddət davam edə bilər.
Xatırladaq ki, Mask 2018-ci ildən sonra OpenAI ilə münasibətlərini pozub və şirkətin idarəetməsindən narazıdır.
Fatimə Məmmədova
16:33 11.02.2025
Oxunuş sayı: 3327