İsrailin Suriyada mövcudluğu davamlı xarakter alır

İsrailin Suriyadakı mövcudluğu artıq müvəqqəti deyil. Məlumata görə, İsrail təhlükəsizlik zonasında 9 hərbi obyekt inşa edir.
Crossmedia.az İsrail Ordu Radiosuna istinadən xəbər verir ki, bu addım regionda gərginliyin artmasına səbəb ola bilər. Son dövrlərdə İsrail və Suriya arasında qarşıdurmaların intensivləşdiyi müşahidə olunur. İsrail hökuməti bu addımı təhlükəsizlik məqsədi ilə əsaslandırsa da, Suriya hakimiyyəti və digər regional qüvvələr bunu suverenliyə təhdid kimi qiymətləndirə bilər.
Məsələ ilə bağlı rəsmi açıqlamalar və beynəlxalq reaksiyalar gözlənilir.
16:14 11.02.2025
Oxunuş sayı: 2980