Peskov: Ukraynanın böyük hissəsi artıq Rusiyadır

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukraynanın böyük bir hissəsi Rusiyanın tərkibinə qayıtmaq istəyir. Belə ki, faktiki vəziyyət göstərir ki, artıq bu baş verib.
O, bu fikri ABŞ-nin prezidenti Donald Trampın son açıqlamalarını şərh edərkən səsləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Trampın sözlərinə görə, Ukrayna bir gün Rusiyanın tərkibinə keçə bilər. O həmçinin ABŞ hökumətinin Ukraynaya sərf etdiyi vəsaiti geri qaytarmaq istədiyini və bunun təxminən 500 milyard dollar dəyərində nadir yer metallarının ekvivalenti ilə mümkün ola biləcəyini bildirib.
"Ukraynanın əhəmiyyətli bir hissəsinin Rusiya olmaq istəməsi və artıq Rusiya olması bir faktdır", – deyə Peskov vurğulayıb.
Onun sözlərinə görə, bunu dörd yeni Rusiya regionu və orada keçirilmiş referendumların nəticələri sübut edir.
Xumar Əhmədova
14:47 11.02.2025
Oxunuş sayı: 3750