Tramp Ukraynaya və Avropaya ayrılan vəsaiti geri qaytarmaq istəyir

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Ukraynaya 300 milyard dollardan çox, Avropanın isə təxminən 100 milyard dollar yardım ayırdığını bildirib. O, bu fərqi "hörmətsizlik" kimi qiymətləndirərək, həmin vəsaitin geri qaytarılmasına çalışacağını vurğulayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Tramp, həmçinin tərəfdaşlarından 500 milyard dollara bərabər nadir torpaq metallarının verilməsini tələb etdiyini və onların bu tələbi qəbul etdiyini qeyd edib.
Onun sözlərinə görə, bu qərarın düzgün olduğuna şübhə etmir və onu "ağılsız addım" hesab etmir.
Fatimə Məmmədova
14:10 11.02.2025
Oxunuş sayı: 3130