38 min manat ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakının müxtəlif rayonlarında, həmçinin Sumqayıt şəhəri və Abşeron rayonunda vətəndaşların 38 min manatını və mobil telefonunu dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən – C.Məmmədov, S.Adıgözəlova, T.İbrahimov, Q.Məmmədov, N.Səmədov, F.Əliyev və əvvəllər məhkum olunmuş E.İbrahimli müəyyən olunaraq saxlanılıb.
14:21 11.02.2025
Oxunuş sayı: 3711