Trampın xüsusi nümayəndəsi Kiyevə səfər edəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi general-leytenant Kit Kelloq yaxın günlərdə Ukraynaya səfər edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, ABŞ hökuməti Avropa ölkələrini Ukrayna Silahlı Qüvvələri (USQ) üçün, kommersiya müqavilələri əsasında və birbaşa ABŞ ehtiyatlarından silah almağa təşviq etmək niyyətindədir.
Kit Kelloq hesab edir ki, bu addım Kiyevin mümkün sülh danışıqları öncəsi mövqelərini gücləndirə bilər.
Bununla bağlı ABŞ-nin yüksək vəzifəli şəxsləri – vitse-prezident C. D. Vens, dövlət katibi Marko Rubio və Kit Kelloq NATO ölkələrinin liderləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlər planlaşdırır. Müzakirələr bu həftə Münhendə baş tutacaq və əsas diqqət Ukraynanın müdafiə ehtiyaclarına və davam edən müharibəyə yönələcək.
Fatimə Məmmədova
12:11 11.02.2025
Oxunuş sayı: 4104