"Hizbullah" anbarında USAID bağlamaları tapıldı

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən göndərilən humanitar yardımlar Livandakı "Hizbullah" hərəkatına məxsus silah anbarında aşkar edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumat İsrail Müdafiə Qüvvələrinin (İDF) keçmiş hərbçisi Aşer Fredmana istinadən verilib. Onun sözlərinə görə, Livanın bir kəndində patrul xidməti zamanı "Hizbullah"a məxsus dayaq məntəqəsində snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələrin USAID loqolu bağlamalarla yanaşı yerləşdiyini müşahidə edib.
Hazırda hadisə ilə bağlı rəsmi açıqlama verilməsə də, bu iddialar ABŞ-nin Livandakı yardım proqramları ilə bağlı suallar doğurur.
Fatimə Məmmədova
10:24 11.02.2025
Oxunuş sayı: 3034