Özbəkistan 313 milyon dolları geri alır

Özbəkistan hökuməti İsveçrə ilə razılığa gələrək, mərhum prezident İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 2012-ci ildə müsadirə edilmiş 313 milyon dollar dəyərində aktivləri geri qaytaracaq.
Crossmedia.az xəbər verir, bu barədə xarici KİV məlumat yayıb.
Xatırladaq ki, bundan əvvəl Özbəkistan 131 milyon dollar əldə edib. Beləliklə, geri qaytarılan vəsaitin ümumi məbləği 313 milyon dollara çatıb.
Qeyd edək ki, bu vəsaitlər BMT-nin “Uzbekistan Vision 2030” adlı etimad fondu vasitəsilə ölkənin səhiyyə və təhsil sektoruna yönəldiləcək.
Məlumata görə, 2021-ci ildə Kərimovanın İsveçrə banklarında 359 milyon dolları, Avropa və BƏƏ-də daşınmaz əmlakı, həmçinin lüks avtomobilləri qeydə alınıb.
Fatimə Məmmədova
09:16 11.02.2025
Oxunuş sayı: 3195