Abşeronda yanğın olub

Abşeronda 8 otaqlı evdə yanğın olub.
Crossmedia.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonunun Ceyranbatan qəsəbəsində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan kürsülü, ikimərtəbəli 8 otaqdan ibarət evin dam örtüyünün taxta atmaları 50 m² sahədə, ikinci mərtəbəsinin eyvanında quraşdırılan kombi aparatı və su qızdırıcısı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
09:05 11.02.2025
Oxunuş sayı: 2939