Ərdoğan Malayziyaya gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Asiya ölkələrinə səfəri çərçivəsində ilk dayanacaq olaraq Malayziyaya gedib.
Crossmedia.az xəbər verir ki, Prezident Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahim tərəfindən rəsmi mərasimlə qarşılanıb.
Rəsmi qarşılama mərasimi Malayziya Baş nazirinin ofisində baş tutub. Təntənəli mərasim zamanı Türkiyə və Malayziyanın dövlət himnləri səsləndirilib. Daha sonra Ərdoğan və İbrahim baş-başa görüş keçirib.
Görüşün ardından iki ölkə nümayəndə heyətləri arasında müzakirələr aparılacaq. İkitərəfli əməkdaşlıq çərçivəsində razılaşdırılan sazişlər imzalanacaq. Prezident Ərdoğan və Baş nazir Ənvər İbrahim imza mərasimindən sonra ortaq mətbuat konfransı keçirəcəklər.
Fidan Hacızadə
08:50 11.02.2025
Oxunuş sayı: 3012