Almaniya İsraildən raket sistemləri alacaq

Almaniya Ukraynaya göndərdiyi 5 ədəd MARS II (M270A1 variantı) çoxlanslı raket sisteminin (MLRS) yerini doldurmaq üçün İsraildən 5 ədəd PULS MLRS alacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin dəyəri 57 milyon dollar təşkil edir və ilk tədarüklərin bu il həyata keçirilməsi planlaşdırılır. Bu addım Almaniyanın hərbi imkanlarını gücləndirmək və Ukraynaya verdiyi dəstək fonunda öz müdafiə potensialını qorumaq məqsədi daşıyır.
PULS (Precise and Universal Launching System) raket sistemləri müxtəlif çaplı raketləri atmaq qabiliyyəti və yüksək çevikliyi ilə seçilir.
08:16 11.02.2025
Oxunuş sayı: 2698