Suriya prezidentindən Trampa sərt CAVAB

Suriya prezidenti Əhməd əl-Şara ABŞ prezidenti Donald Trampın Qəzza planına münasibət bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Trampın fələstinliləri öz torpaqlarını tərk etməyə məcbur etməyə cəhd etməsini nə müdrik, nə əxlaqi, nə də siyasi baxımdan düzgün hesab edir.
Əl-Şara qeyd edib ki, Tramp indiyə qədər müsbət mesajlar verib və xüsusilə Rusiya-Ukrayna müharibəsinə son qoyarsa, qlobal münaqişələrin dayandırılmasında əsas oyunçu ola bilər. "O, daxili siyasətə və ABŞ iqtisadiyyatının dirçəldilməsinə fokuslanıb. Həmçinin, son 20 ildə qeyri-sabitliyin hökm sürdüyü Yaxın Şərqdə sülhün qurulmasında maraqlıdır. Bu, ümidverici başlanğıcdır", - deyə Suriya prezidenti bildirib.
Əl-Şara əlavə edib ki, heç bir güc insanları öz torpaqlarından qovmağa qadir deyil. O, xüsusilə Qəzzədəki son müharibəyə diqqət çəkərək, insanların əzablara, ölümlərə və dağıntılara dözdüklərini, lakin öz torpaqlarını tərk etməkdən imtina etdiklərini vurğulayıb.
22:08 10.02.2025
Oxunuş sayı: 3958