Tramp: "Qəzzaya sahib olacam"

“Fələstinlilərin bu əraziyə qayıtmaq hüququ olmayacaq”.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Fox News telekanalına müsahibəsində Qəzzanı ələ keçirmək planı ilə bağlı açıqlama verərkən deyib.
Tramp həmçinin, "Mən Qəzzaya sahib olacam. Bunu gələcək üçün daşınmaz əmlakın inkişaf planı kimi düşünün, Qəzza gözəl diyara çevriləcək" deyib.
Misir və İordaniyada Qəzzada fələstinlilər üçün daha təhlükəsiz və yaşana bilən ərazilər inşa edəcəyini bildirən Tramp Qəzzanı ələ keçirmək planında fələstinlilərin geri qayıtmaq haqqının olmayacağını qeyd edib.
"Təhlükəsiz yaşayış sahələrini olduqları yerdən bir az uzaqda tikəcəyik. Bunu gələcək üçün daşınmaz əmlakın inkişaf planı kimi düşünün, gözəl bir torpaq parçası olacaq", - deyə Tramp bildirib.
Fələstinlilər üçün "daimi" yerlər tikməkdən danışan Tramp, "Əgər geri qayıtmalı olsalar, bunun baş verməsindən illər keçəcək və bura yaşana bilən bir ərazi deyil. Düşünürəm ki, İordaniya və Misirlə müqavilə bağlaya bilərəm. Bilirsiniz, biz onlara ildə milyardlarla dollar veririk". O, belə danışdı.
20:14 10.02.2025
Oxunuş sayı: 3479