Makrondan Trampa çağırış: Ukrayna problemini həll et!

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampı Ukrayna problemini həll etməyə və Avropanı gömrük rüsumları ilə təhdid etməməyə çağırıb.
Crossmedia.az MKRU-ya istinadla xəbər verir ki, Makron bəyan edib ki, Avropa İttifaqı ABŞ prezidentinin əsas problemi olmamalıdır. O, Trampa Çinə diqqət yetirməyi, Ukrayna məsələsini həll etməyi və Yaxın Şərqdəki vəziyyəti nizamlamağı tövsiyə edib.
Bundan əlavə, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, əgər Tramp Avropaya qarşı rüsumlar tətbiq edərsə, Avropa İttifaqı da buna qarşılıq verəcək.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Avropa İttifaqına qarşı yeni ticarət rüsumları tətbiq edəcəyini və həmçinin polad və alüminium idxalına əlavə vergilər qoyacağını bildirib.
Fatimə Məmmədova
19:16 10.02.2025
Oxunuş sayı: 3576