Rumıniya prezidenti istefa verir

Rumıniya Prezidenti Klauss İohannis fevralın 12-də vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat verib.
Dövlət başçısı istefa qərarını ölkədəki siyasi böhranla əlaqələndirib:
"Rumıniyanı və onun vətəndaşlarını bu böhrandan xilas etmək üçün prezident vəzifəsindən istefa verirəm", – İohannis qeyd edib.
Prezidentin bu qərarı parlamentdə müxalifət tərəfindən ona qarşı impiçment cəhdlərinin fonunda gəlib. İohannis istefa verdikdən sonra ölkədə siyasi vəziyyətin necə dəyişəcəyi hələ ki bəlli deyil.
Fatimə Məmmədova
18:45 10.02.2025
Oxunuş sayı: 3916