Nyu-York məhkəməsi Maskın DOGE departamentinə qadağa qoydu

Nyu-York məhkəməsi İlon Maskın DOGE departamentinə amerikalıların maliyyə məlumatlarına girişini qadağan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, Nyu-Yorkda federal hakim İlon Maskın DOGE departamentinə ABŞ Maliyyə Nazirliyində saxlanılan amerikalıların maliyyə məlumatlarına çıxışını qadağan edib.
Bundan əlavə, məhkəmə Mask və onun komandasına əldə etdikləri bütün qeydləri məhv etməyi əmr edib.
Belə ki, İlon Mask məhkəmənin qərarını "tamamilə absurddur" sözləri ilə dəyərləndirib. O, hakimi korrupsiyanı müdafiə etməkdə ittiham edərək, "Belə korrupsioner hakimlər dərhal məsuliyyətə cəlb olunmalıdır"! – deyə bildirib.
Qeyd edək ki, qərar fevralın 14-də keçiriləcək dinləməyə qədər qüvvədə qalacaq.
Fatimə Məmmədova
12:35 10.02.2025
Oxunuş sayı: 2857