Mərakeş İsrail istehsalı olan ATMOS 2000 silahını sifariş etdi

Mərakeş İsrailin Elbit Systems şirkəti ilə 36 ədəd 155 mm-lik ATMOS 2000 özüyeriyən haubitsasının alınması üçün müqavilə imzalayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qərar Fransa istehsalı olan CAESAR haubitsalarının istismarı zamanı yaranan texniki problemlər və zəif satış sonrası xidmət səbəbindən verilib.
Qeyd edək ki, Mərakeş əvvəllər Fransa istehsalı olan haubitsaların əlavə sifarişini planlaşdırsa da, onların etibarlılığı ilə bağlı problemlər ölkəni alternativ axtarışına vadar edib. Nəticədə İsrailin ATMOS 2000 sistemlərinə üstünlük verilib.
Fatimə Məmmədova
12:30 10.02.2025
Oxunuş sayı: 3745