Makronla görüş: Fransa Türkiyəyə Meteor raketi satacaq?

Fransa prezidenti Emmanuel Makron və Yunanıstanın baş naziri Kiriakos Miçotakis telefon danışığı aparıblar. Görüşün əsas mövzusu Türkiyəyə mümkün Meteor raketi satışıdır.
Crossmedia.az NTV-yə istinadla xəbər verir ki, Türkiyəyə Meteor raketlərinin satışı ilə bağlı hələlik rəsmi açıqlama verilməsə də, Yunanıstan narahatlığını ifadə edir. Afina bu məsələdə dəqiq açıqlama və təminat almaq üçün Fransaya təzyiq göstərir.
Bununla belə, Yunanıstan mediası rəsmi Afina rəhbərliyinin belə bir satışa mane ola bilməyəcəyini vurğulayıb.
Fatimə Məmmədova
19:00 09.02.2025
Oxunuş sayı: 4398