MİT rəhbəri Əliəkbər Əhmədianla görüşüb

Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalın Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əliəkbər Əhmədianla görüşüb.
Crossmedia.az türk mediasına istinadən xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, regional vəziyyət və Suriyadakı vəziyyət müzakirə edilib.
Hər iki tərəf Türkiyə ilə İran arasında əlaqələrin yaxın və qardaş olduğunu, əsas məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü vurğulayıb.
21:47 08.02.2025
Oxunuş sayı: 4410