Netanyahu Qətərə nümayəndə heyyəti göndərib

İsrailin baş naziri Benyamin Netanyahu Qətərə İsrail nümayəndə heyətinin getməsinə dair göstəriş verib.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, nümayəndə heyəti Qəzzada atəşkəs razılaşmasının texniki detallarını müzakirə edəcək.
Qeyd olunub ki, B.Netanyahu ABŞ-dən qayıtdıqdan sonra Qəzzadan girovların azad edilməsinə dair sazişin ikinci mərhələsinə dair Nazirlər Kabinetinin iclasını keçirəcək. Nümayəndə heyətinə Mossad kəşfiyyat agentliyinin, Baş Təhlükəsizlik Xidmətinin və İsrail Müdafiə Qüvvələrinin nümayəndələri, həmçinin İsrailin oğurlanmış və itkin düşmüş şəxslərlə bağlı koordinatoru Qal Hirş daxildir.
21:07 08.02.2025
Oxunuş sayı: 4161