Brayan Hyuz: “İran ən zəif mövqedədir”

“İran ən zəif mövqedədir”.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz İranın ali rəhbəri Ayətullah Xamneyinin dünənki çıxışına cavab olaraq deyib.
“ABŞ prezidenti Donald Trampın dəfələrlə bildirdiyi kimi, o, heç vaxt İran hökumətinin nüvə silahı əldə etməsinə icazə verməyəcək”.
Hyuz bildirib ki, İsrailin son bir ildəki addımları nəticəsində İran hökuməti son illərdə özünün ən zəif mövqeyindədir.
Xatırladaq fevralın 7-də Xamneyi çıxışı zamanı Amerika ilə danışıq masasına otursa belə heç bir problemin həllini tapmayacağını söyləmişdi.
21:18 08.02.2025
Oxunuş sayı: 4860