Moskvada elektrik zavodunda yanğın baş verib - Yenilənib


Yanğınsöndürənlər Moskvanın şərqində keçmiş elektrik zavodunun binasında baş verən yanğını tam söndürüblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
XXX
20:43
Moskvada keçmiş elektrik zavodunun binası yanır.
Crossmedia.az "Lenta ru"ya istinadən xəbər verir ki, yanğın təxminən 100 kvadratmetr ərazini əhatə edib. Hadisə yerinə 60-dan çox xilasedici cəlb olunub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 90 nəfər xilas edilib.
Tüstüdən zəhərlənən 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
23:47 08.02.2025
Oxunuş sayı: 5586