Bakı Metropoliteninə departament rəhbəri təyin olunub

Şaban İmkani 1985-ci ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsində təhsil alıb.
Crossmedia.az xəbər verir ki bu barədə Bakı Metropolitenindən məlumat verilib.
2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb.
2022-2023- cü illərdə Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil mərkəzində Əlaqə mərkəzi mövzusunda pedaqoji fəaliyyətlə məşğul olub.
2025-ci ilin 3 fevral tarixindən “Bakı Metropoliteni”QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyin edilib.
Həmkarımız Şaban İmkaniyə yeni vəzifəsində uğurlar arzu edirik!
14:54 08.02.2025
Oxunuş sayı: 6334