ABŞ-da Trampa “Məsih” iddiası

ABŞ-da bəzi evanjelist pastorlar(xristianlığın Evanjelizm qoluna mənsub olan və kilsədə dini rəhbər kimi xidmət edən din adamı) Donald Trampın bir “Məsih” olduğunu elan etməyə başlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, MAGA hərəkatının təsiri ilə Trampa dini xüsusiyyətlər aid edən bu qrup hətta Virginia ştatında ona həsr olunmuş bir kilsə yaradıb.
13 iyulda Trampa qarşı uğursuz sui-qəsd cəhdi tərəfdarları arasında onun ilahi qüvvə tərəfindən qorunduğu inancını daha da gücləndirib.
Trampın 50 min federal məmuru işdən çıxaracağını və boş qalan yerlərə evanjelist kadrlar gətirə biləcəyini açıqlaması ABŞ siyasətində müzakirələrə səbəb olub.
Beynəlxalq münasibətlər üzrə ekspert Prof. Dr. Kamer Kasım bu cür mezhepsel siyasətin Vaşinqton üçün ciddi problemlər yarada biləcəyini bildirib.
Fidan Hacızadə
13:34 08.02.2025
Oxunuş sayı: 2747