Türkiyənin Fransa ilə mümkün raket anlaşması Yunanıstanı narahat edir

Türkiyənin Fransa, İngiltərə və İtaliyanın birgə istehsalı olan Meteor raketlərini alma ehtimalı Yunanıstanın etirazına səbəb olub. Bu səbəbdən Afina və Paris arasında diplomatik təmaslar intensivləşib.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, Türkiyənin 40 ədəd Eurofighter Typhoon döyüş təyyarəsi tədarükünü bu təyyarələrin Meteor raketləri ilə təchiz edilməsi şərtinə bağladığı iddia olunur. Hələ rəsmi addım atılmasa da, Yunanıstan müdafiə naziri Nikos Dendias məsələ ilə bağlı Fransanın Afinadakı səfiri ilə görüşüb. Fransız mənbələrinə görə, mövzu yüksək səviyyədə müzakirə edilir.
Yunanıstanın baş nazir Kiriakos Miçotakis bazar ertəsi Fransada Emmanuel Makron ilə görüşə bilər və bu məsələnin gündəmə gələcəyi gözlənilir. Son illərdə Yunanıstan Fransa ilə hərbi əməkdaşlığını gücləndirərək 24 Rafale döyüş təyyarəsi və 3 freqat alıb.
Fidan Hacızadə
13:11 08.02.2025
Oxunuş sayı: 2859