Nyu Yorkda yəhudi restoranı iki fərqli menyu təqdim etdiyi üçün bağlandı

Nyu Yorkdakı bir yəhudi restoranı müştərilərinə iki fərqli menyu kartı təqdim etdiyi ortaya çıxdıqdan sonra fəaliyyətini dayandırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, restoranda “adi” müştərilər üçün bir menyu, yəhudilər üçün isə əhəmiyyətli dərəcədə daha ucuz qiymətləri olan ikinci menyu mövcud idi.
Yerli polis tərəfindən aparılan araşdırmalar nəticəsində restoranın sahibi, 43 yaşlı Moşe Feinman, çirkli pulların yuyulması və vergi fırıldaqçılığı ittihamları ilə günahkar bilinib.
Hadisə şəhərdə böyük əks-səda doğurub və ədalətin təmin olunması üçün hüquq-mühafizə orqanlarının işi davam edir.
12:56 08.02.2025
Oxunuş sayı: 2864