HƏMAS daha üç girovu azad etməyə hazırlaşır

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" İsraillə atəşkəs razılaşması çərçivəsində beşinci girov qrupunu azad etməyə hazırlaşır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, azad ediləcək girovlar arasında Almaniya vətəndaşlığı olan üç israilli də var. Onların Mərkəzi Qəzza bölgəsində yerləşən Deir əl-Balah şəhərində İsrail tərəfinə təhvil verilməsi planlaşdırılır.
Məlumata görə, azad etmə prosesindən əvvəl şəhərin mərkəzi meydanında fələstinli silahlı qruplaşma üzvlərinin ətrafında böyük izdiham toplanıb.
Qeyd edək ki, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasına əsasən, hər gün müəyyən sayda girovun azad edilməsi nəzərdə tutulub.
Fatimə Məmmədova
12:48 08.02.2025
Oxunuş sayı: 2847