İlon Mask: “ABŞ-nin silah proqramları tamamilə yenidən qurulmalıdır”

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkənin müdafiə strategiyasını tənqid edərək, silah proqramlarının tamamilə yenidən qurulmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Mask Pentaqonun maliyyə xərclərini hədəf alaraq, hazırkı strategiyanın “dünənki müharibəyə hazırlaşmaq” prinsipi ilə yüksək qiymətə az sayda silah istehsal etdiyini bildirib. O, ABŞ-nin əhəmiyyətli sayda uzun mənzilli Pilotsuz Uçuş Aparatlarına (PUA) və hipersəs raketlərinə ehtiyac duyduğunu qeyd edib.
Onun sözlərinə görə, müasir münaqişələrdə PUA-lar mərkəzi rol oynayır və insanlı sistemlər tez bir zamanda aradan çıxarıla bilər.
Qeyd edək ki, Mask daha əvvəl ABŞ-nin beşinci nəsil F-35 döyüş təyyarəsi proqramını açıq şəkildə tənqid etmişdi.
12:46 08.02.2025
Oxunuş sayı: 3358