Hava şəraiti Heydər Əliyev Beynəlxalq Aeroportunun uçuş cədvəlinə təsir etməyib

Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava ilə əlaqədar
Heydər Əliyev Beynəlxalq Aeroportunda indiyə kimi uçuş cədvəlinə təsir edən hər
hansı gecikmə və ya ləğv olunmuş reys qeydə alınmayıb.
Crossmedia.az aeroportun mətbuat xidmətinə istinadən xəbər
verir.
Məlumata görə, uçuşların təhlükəsizliyi tam təmin olunaraq
bütün reyslər cədvəl üzrə həyata keçirilir.
Uçuşu olan sərnişinlərə hava şəraitini və nəqliyyat idarəetməsində
yarana biləcək çətinlikləri nəzərə alaraq hava limanına gəliş vaxtlarını əvvəlcədən
planlamaları tövsiyə olunur.
Hava limanı ərazisində müşahidə olunan güclü külək səbəbindən
sərnişinlər və ziyarətçilər açıq havada ehtiyac olmadıqca uzun müddət qalmamağa
çağırılır.
"Qeyri-sabit hava ilə bağlı mümkün dəyişikliklər
olarsa, sərnişinlərə hava limanının və aviaşirkətlərin rəsmi kanalları vasitəsilə
əlavə məlumat veriləcək", - məlumatda deyilir.
12:21 08.02.2025
Oxunuş sayı: 3423