Baş Dövlət Yol Polisi İdarəsi hava ilə bağlı xəbərdarlıq edib

Baş Dövlət Yol Polisi İdarəsi mövcud hava şəraiti ilə bağlı
hərəkət iştirakçılarına müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İdarədən məlumat
verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə
olunan yağışlı, qarlı hava hökm sürür.
"Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə
səbəb olmaması üçün Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət
edərək onları sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq
saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağa, xüsusilə
şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyə
çağırır.
Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək
olduğundan mövsümə uyğun təchiz edilməyən, texniki-təhlükəsizlik baxımından
köhnə avtomobillərlə həmin bölgələrə səfərlərin təxirə salınması, təcrübəsiz
sürücülərin buzlu yollarda avtomobil idarə etməkdən çəkinməsi tövsiyə
olunur".
DYP əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri
nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırır.
12:17 08.02.2025
Oxunuş sayı: 3999