Ötən il təhqiqatı aparılmış yanğınların sayı açıqlanıb

2024-cü il ərzində respublika ərazisində baş vermiş yanğın
hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 1649 olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar
Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yanğın hadisələri zamanı 40 nəfər həlak olub,
210 nəfər xəsarət alıb, bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar
üzrə 1 nəfər və ya 2%, xəsarət alanlar üzrə 42 nəfər və ya 25% çoxdur.
11:18 08.02.2025
Oxunuş sayı: 3126