Azərbaycan nefti 76,42 ABŞ dolları olub

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan
neftinin 1 barelinin qiyməti 0,5 ABŞ dolları, yaxud 0,7 % azalaraq 76,42 ABŞ
dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel
fyuçerslərinin qiyməti 74,66 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta
qiyməti 70 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı
qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə
2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən
"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə
çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
payı 25 %-dir.(report)
10:53 08.02.2025
Oxunuş sayı: 5543