ABŞ Prezidenti Donald Tramp Cozef Baydenin təhlükəsizlik icazələrini ləğv etdi

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Cozef Baydenin təhlükəsizlik icazələrini ləğv etdiyini elan edib. O, bu qərarını Baydenin “artıq məxfi məlumatlara çıxış ehtiyacının olmaması” və “yaddaşının zəif olması” ilə əsaslandırıb.
Crossmedia.az Haber Global-a istinadən xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edərək bildirib ki, Baydenin məxfi məlumatlara çıxışına ehtiyac qalmayıb və bu səbəbdən onun təhlükəsizlik icazələri dərhal ləğv edilir. Bundan əlavə, Baydenə verilən gündəlik kəşfiyyat brifinqlərinin də dayandırıldığını açıqlayıb.
Tramp öz bəyanatında Baydenlə bağlı prokurorluq hesabatına istinad edərək qeyd edib ki, Bayden zəif yaddaşdan əziyyət çəkir və hətta yaxşı vəziyyətdə belə məxfi məlumatlar baxımından etibarlı deyil. O, paylaşımında “Co, işdən çıxarıldın!” ifadəsini işlədib.
Tramp həmçinin xatırladıb ki, 2021-ci ildə vəzifəni Baydenə təhvil verdikdən sonra onun da təhlükəsizlik icazələri Bayden tərəfindən ləğv edilmişdi. O, bu addımı atmaqla eyni yanaşmanı sərgilədiyini vurğulayıb.
Fidan Hacızadə
09:20 08.02.2025
Oxunuş sayı: 3043