Güləşçilərimiz“Zaqreb Open”də uğurla çıxış edir

Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.
Crossmedia.az xəbər verir ki, bu gün daha dörd güləşçimiz “Zaqreb Open”də mübarizəyə qoşulub.
59 kq
Alyona Kolesnik macarıstanlı Erika Boqnarı (5:2) və amerikalı Mikaela Bekə (tuş) qalib gələrək yarımfinala yüksəlib. Günay Qurbanova isə amerikalı Sofiya Makalusonu (tuş) və moldovalı Mariana Çerdivarayanı (8:2) məğlub edib. Yarımfinalda Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə milli komandamızın üzvləri qarşılaşıb və Günay Qurbanova 4:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
63 kq
Murad Məmmədov ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14 hesabı ilə məğlub olub.
Ziya Babaşov isə belaruslu Gleb Makarankaya (AİN) qalib gələrək (2:1) yarımfinala yüksəlib, lakin finala gedən yolda rusiyalı Dinislam Bammatova (AİN) 0:8 hesabı ilə uduzub. Bürünc medal uğrunda amerikalı Ellis Kolmana qarşı güləşən Babaşov 3:5 hesabı ilə məğlub olub.
67 kq
Həsrət Cəfərov təsnifat mərhələsində norveçli Morten Toreseni 5:1 hesabı ilə mübarizədən kənarlaşdırıb. Daha sonra moldovalı Valentin Petiçlə qarşılaşmada 7:0 önə keçsə də, aldığı ciddi qulaq zədəsinə görə yarışdan çəkilməli olub.
Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov serbiyalı Sebastyan Nadaya qarşı sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.
Qeyd edək ki, Azərbaycan yığması turnirdə ümumilikdə 7 medal qazanıb.
Qızıl:
Kənan Heybətov (70 kq)
Günay Qurbanova (59 kq)
Gümüş:
İslam Bazarqanov (57 kq)
Arseni Cioyev (86 kq)
Osman Nurmaqomedov (92 kq)
Bürünc:
Nurəddin Novruzov (61 kq)
Əli Rəhimzadə (65 kq)
Abubakr Abakarov (92 kq)
01:44 08.02.2025
Oxunuş sayı: 4267